Gündəm / Cəmiyyət
19 avqust 2023
2
Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti AÇIQLANDI
"Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır".
Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı bildirilib.
"Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır".
Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Daha çox xəbər:
“Nikosayağı” ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA
Gündəm / Cəmiyyət“Nikosayağı”nın keçirdiyi ağır qəzadan əvvəl SON PAYLAŞIMI - FOTO
Gündəm / Şou"Nikosayağı"nın düşdüyü qəzanın ANBAAN VİDEOSU
Gündəm / CəmiyyətŞabrandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB
Gündəm / Hadisə"Nikosayağı"nın qolu amputasiya edildi - Ölən var (RƏSMİ)
Gündəm / Cəmiyyət