Gündəm / Cəmiyyət
25 avqust 2023
1
Həmin bina şəhid ailələri və qazilərə veriləcək - Rəsmi
Sosial şəbəkələrdə tikintisi jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı sözügedən nazirlik açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:
“Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”.
Daha çox xəbər:
Prezidentdən şəhid ailələri ilə bağlı FƏRMAN
Gündəm / SiyasətNazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni bölmə yaradıb
Gündəm / Cəmiyyət / SosialŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Gündəm / Cəmiyyət / SosialBu şəxslərə ev veriləcək - SƏRƏNCAM
Gündəm / SiyasətBölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
Gündəm / Cəmiyyət / Sosial / Foto