Gündəm / Cəmiyyət
28 avqust 2023
1
İlk xanım maşinist telefonla danışdı - İşdən çıxarıldı

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
Report

Daha çox xəbər:

Metroda maşinist iş başında öldü - YENİLƏNİB
Gündəm / Cəmiyyət
"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub
Gündəm
Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Siyasət / Cəmiyyət
Bakı metrosunda sərnişin siqaret çəkdi - Video
Gündəm / Cəmiyyət
Nazarbayevin qardaşı oğlu İŞDƏN ÇIXARILDI
Gündəm / Dünya