Gündəm
21 iyul 2020
72
"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub
Milliinfo.az
"Bakı Metropoliteni" QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, qurumun baş müfəttişi Elxan Məmmədov bu vəzifəyə gətirilib.
E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyin olunub.
"Bakı Metropoliteni"ndə baş verən kadr dəyişiklikləri "Report"a QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.
Xatırladaq ki, bu il iyunun 17-də "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.

Daha çox xəbər:

“Bakı Metropoliteni”nində ürək tutmaları - daha bir vəzifəli şəxsi vəfat etdi
Gündəm / Cəmiyyət
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cəmiyyət
Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ
Gündəm
Bakı Metrosu bayram günlərində işləyəcəkmi? - AÇIQLAMA
İqtisadiyyat / Sosial
Fransanın yeni Baş Naziri bəlli oldu
İqtisadiyyat