Gündəm / Cəmiyyət
28 avqust 2023
10

“Qubada torpaq qalacaq?”Ən çox torpaq satan BƏLƏDİYYƏ

“Qubada torpaq qalacaq?”Ən çox torpaq satan BƏLƏDİYYƏ

Quba şəhər bələdiyyəsi qədər torpaq alqı-satqısı edən ikinci bir bələdiyyə bəlkədə ölkədə axtarsaq tapa bilmərik.Quba bələdiyyəsinə müəmmalı “karusel”əməliyyatı ilə sədr seçilən Məmmədova Humayə sədr olduqu gündən bəri Quba bələdiyyəsinin tarixində ən çox torpaq satan bələdiyyə sədri statusunu əldə edib.Onun sədrlik dönəmində Quba şəhərində bələdiyyə tərəfindən hər hansı bir nəzərə çarpacaq abadlıq və tikinti quruculuq işlərinin həyata keçirildiyini demək də zavallı bir məsumiyyət və yaxud axmaqlıq olardı.Bunu iddia edən kimsə varsa zəhmət olmasa bizədə bir məlumat versin.Necəki biz israrla onun “torpaq əməliyyat”çısı olduqunu iddia edirik o kəslərdə gəlib bizə bunun əksini iddia edəcək məlumatlarla və informasiyalarla təmin etsin.Və sədr Hümayə Məmmədovanın Qubada çıxartdıqı torpaq oyunlarının inzibati bir zərurətini isbat etsin.

Sədr təyin edildiyi gündən bəri Qubanı qarış-qarış gəzən bu sədr xanım müəyyən etdiyi bütün torpaqları özünə uyğun üsul və yollarla mənimsəyərək satır.Qubada torpaq növbəsində olan Qubalı vətəndaşlara isə perespektiv torpaqımız qalmıyıb,torpaq yoxdur deyib yola salır.Əlbət ki,o vətəndaşlar son 3 ay ərzində Quba bələdiyyəsinin ərazisinə aid olan torpaq sahələrində satılan plan yerlərinin sayından hesabından xəbəri belə yoxdur.Bəs hara gedir bu vəsaitlər Humayə xanım hə?

Təsadüfən Quba rayonunun Qəçrəş kəndi ərazisində,meşə massivində inşa edilən istirahət mərkəzinin ,satılan bu saysız-hesabsız torpaq sahələri ilə hər hansı bir əlaqəsi varmı görəsən?

-“Bizi bezdiriblər,indi də prokururorluq torpaq istəyir”
Bəli Quba bələdiyyəsinin sədri Hümayə Məmmədovanın artıq giley-güzar edib tez-tez dilə gətirdiyi mövzulardan biridə bu məsələdir.Əldə etdiyimiz məlumata görə rayon prokurorluqunda çalışan məsul bir vəzifəli şəxs Quba şəhəri ərazisində torpaq sahəsi almaq üçün xanım sədrə müraciət edib.Və bu müraciət sədrin heçdə xoşuna gəlmiyib.

Gundem.info.az