Gündəm / Dünya
29 avqust 2023
0
İmran Xan həbsdən çıxdı
İslamabadın baş hakimi İmran Xanın həbsinin dayandırılmasına dair hökm çıxarıb və onun mühakiməsinin ölkə qanunlarına zidd olduğunu bildirib.
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.
O, polisə və Pakistan Federal Təhqiqat Agentliyinə Pakistanın keçmiş baş nazirinə qarşı korrupsiya işi üzrə yeni araşdırmalar aparmağı və nəticələri məhkəməyə təqdim etməyi tapşırıb.
Qeyd edək ki, bu il avqustun 14-də Pakistanın keçmiş baş naziri antikorrupsiya məhkəməsi tərəfindən korrupsiya və mənimsəmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra İmran Xan Lahor şəhərində polis tərəfindən həbs edilərək İslamabaddan 50 km aralıda yerləşən Atak həbsxanasına köçürülüb.
Daha çox xəbər:
İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı
Gündəm / DünyaPolis İmran Xanın evinə girib
Gündəm / Dünyaİmran Xana sui-qəsd: Ayağından yaralandı – VİDEO
Gündəm / Dünya“Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir” - Prezident
Gündəm / CəmiyyətPakistanın baş naziri Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə gedir
Gündəm / Cəmiyyət