Gündəm / Dünya
31 avqust 2023
3
G20 Sammitində gülməli mühafizə sistemi - FOTO

Hindistanda G20 sammitinin nümayəndələrini aqressiv makakalardan qorumaq üçün qeyri-adi yol seçilib. Belə ki, Yeni Dehli yerli hökuməti şəhərdə langur meymunlarının karton fiqurlarını quraşdırmağa başlayıblar.
Bildirilir ki, makakalar langurlardan uzaq gəzməyə çalışırlar. Buna görə də onların karton fiqurları rezusları qorxutmalıdır.
Etibarlılıq üçün təxminən 40 muzdlu işçi bu meymunların qışqırıqlarını təqlid edəcəklər.
Bu yolla makakaların sammitin qonaqlarının qalacağı hoteldən uzaq tutulacağına ümid edilir.
Deyilən üsul işə yaramasa, o zaman mütəxəssislər əlavə qoruma üsullarına əl atacaqlar.
Məlumata görə, son vaxtlar makakalar insanlara daha çox hücum etməyə başlayıb. Bir neçə faciəli hadisədən sonra isə onların vəhşi heyvanlar üçün xüsusi sığınacağa köçürülməsinə başlanılıb.



Mənbə: Hindustan Times

Daha çox xəbər:

Putin G20 sammitində iştirak edə bilər
Gündəm / Dünya
Putin Zelenski ilə birlikdə G20 sammitində iştirak edəcək
Gündəm / Dünya
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
Gündəm / Dünya
Putin və Zelenski G20 sammitinə gəlməyə RAZILAŞDILAR
Dünya
Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü
Gündəm / Hadisə