Gündəm / Cəmiyyət
01 sentyabr 2023
0
Artıq ödənilmiş vergilər geri qaytarılacaq - QƏRAR
Baş nazir Əli Əsədov “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndində “vergi hesabatı dövrü qurtardıqdan sonra” sözləri “vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri ilə əvəz edilib.
Daha çox xəbər:
Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verdi
Siyasət / Sosial / SəhiyyəVergi Xidmətindən sahibkarlara MÜRACİƏT: “Aprelin 20-dək…”
Gündəm / Cəmiyyətİcbari tibbi sığorta üzrə dövlət büdcəsi hesabına sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib
Sosial / SəhiyyəAzərbaycanda bu qaydalar dəyişdi - Əli Əsədovdan QƏRAR
Gündəm / SiyasətHərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Yeni mexanizm yaradılır
Gündəm / Cəmiyyət