Gündəm / Cəmiyyət
02 sentyabr 2023
0
Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
APA

Daha çox xəbər:

Bakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Gündəm / Cəmiyyət
Rusiya sülhməramlıları vaxt istəyib, ərazidə çadırlar qurulur - YENİLƏNİB (FOTO)
Gündəm / Cəmiyyət
Xankəndi və Əsgəran istiqamətində azan səsləndirildi - Video
Gündəm / Cəmiyyət
Laçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir - FOTO
Gündəm / Cəmiyyət
Şuşa-Xankəndi yolunda növbəti humanitar maşın karvanı maneəsiz keçib
Cəmiyyət