Gündəm / Dünya
05 sentyabr 2023
3
Ağdamın bu ərazisində “Ağıllı kənd” tikiləcək
Slovakiya tərəfindən Ağdamın Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.
Bu barədə Prezident İlham Əliyev bu gün Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
Görüşdə Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib. Bundan başqa, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsinin önəmi vurğulanıb.
Daha çox xəbər:
Prezident Slovakiya parlamentinin sədrini qəbul etdi
Gündəm / Siyasətİlham Əliyev Boris Kolları qəbul edib - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev türkiyəli naziri qəbul edib
Gündəm / SiyasətBu gün Slovakiya - Azərbaycan matçı var
Gündəm / İdmanƏli Əsədov BP-nin nümayəndə heyəti ilə GÖRÜŞÜB
Gündəm / İqtisadiyyat