Gündəm / Cəmiyyət
06 sentyabr 2023
1
Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi

Türkiyə Müdafiə Sənayesi Başqanlığından (SSB) İlker Türköz Azərbaycan üzrə müşavir təyin edilib.
İ.Türköz Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesindəki prioritetləri nəzərə alaraq Türkiyənin 9 ölkədəki səfirliyində bu ölkənin Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyinin yaradılması ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, Türkiyənin Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş və London/İngiltərə səfirliklərində Müdafiə Sənayesi Müşavirliyi heyətinin yaradılması planlaşdırılıb.



Daha çox xəbər:

ELAN EDİLDİ: Türkiyə gələcəyin silahını yaradır
Gündəm / Cəmiyyət
Azərbaycanda yeni medal təsis olundu
Cəmiyyət
Mədət Quliyev sabiq DTX əməkdaşını özünə müşavir təyin etdi
Gündəm / Hadisə
"Bayraktarın istehsalı üçün Rusiya ilə ortaqlıq nəzərdən keçirilmir" - İsmayıl Dəmir
Gündəm / Dünya
Türkiyə və BƏƏ arasında 13 saziş imzalandı
Gündəm / Dünya