Gündəm / Hadisə
29 avqust 2022
16
Mədət Quliyev sabiq DTX əməkdaşını özünə müşavir təyin etdi
Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.
Milliinfo.az Apa-ya istinadən xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.
Daha çox xəbər:
Yeni icra başçısı DTX generalıdır
Gündəm / CəmiyyətPrezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI
Gündəm / SiyasətGeneral şəhid jurnalistləri medalla təltif etdi
Gündəm / CəmiyyətPrezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif olundu - Siyahı
Gündəm / SiyasətNazir onu özünə müşavir TƏYİN ETDİ - FOTO
Gündəm / Cəmiyyət