Gündəm / Dünya
07 sentyabr 2023
1
Metin Gürak və Mark Milli Suriyanı müzakirə etdi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla amerikalı həmkarı ordu generalı Mark Milli arasında telefon danışığı olub.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.
Onun sözlərinə görə, tərəflər NATO, Suriya və Şərqi Avropada təhlükəsizlik mühiti də daxil olmaqla, qarşılıqlı strateji maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
“Türkiyə NATO üzrə əsas müttəfiqdir və ABŞ onun strateji ikitərəfli münasibətlərini yüksək qiymətləndirir”, - Komitənin rəsmisi vurğulayıb.

Daha çox xəbər:

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
Gündəm / Cəmiyyət
Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub - YENİLƏNİB
Gündəm / Dünya
Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edildi
Gündəm / Dünya
ABŞ və Rusiya hərbçiləri arasında insident baş verib
Siyasət / Hadisə / Dünya
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / Dünya