Siyasət / Hadisə / Dünya
27 avqust 2020
73
ABŞ və Rusiya hərbçiləri arasında insident baş verib
Milliinfo.az
Suriyada Rusiyanın hərbi texnikası içərisində ABŞ hərbçilərinin olduğu zirehli avtomobilə çırpılıb.“Report” xəbər verir ki, bu sözləri Ağ Evin yanında Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Con Elliot deyib.
Onun sözlərinə görə, hadisə avqustun 25-i səhər, Suriyanın şimal-şərqindəki Derik bölgəsində baş verib.
“Qarşıdurmanın qarşısını almaq üçün Amerika zirehli avtomobili hadisə yerini tərk edib. Vaşinqton hesab edir ki, bu cür təhlükəli, peşəkar olmayan hərəkətlər Rusiya və Amerika arasında münaqişələrin qarşısının alınmasına dair mövcud olan razılaşmaya ziddir”.
Hadisədən sonra, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub. Telefon danışığının təfərrüatları barədə məlumat verilməyib.
Daha çox xəbər:
Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətSergey Lavrov: "ABŞ-la Rusiya tezliklə təmas quracaq"
Siyasət / DünyaRusiya ABŞ əsgərini öldürmələri üçün "Taliban"a pul təklif edib - ŞOK FAKT üzə çıxdı
DünyaAzərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Siyasət / DünyaABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var
Hadisə / Dünya