Gündəm / Təhsil
08 sentyabr 2023
1
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi sabah başa çatacaq

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 9 sentyabr saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.
İxtisas seçmək hüququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları qeyd olunan tarixədək eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Daha çox xəbər:

Ali məktəblərə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ: Son tarix AÇIQLANDI
Gündəm / Şou
Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır
Cəmiyyət
Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
Təhsil / Gündəm
Kolleclərin boş qalan yerlərinə qəbul başladı
Gündəm / Sosial
Magistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Təhsil