Təhsil
13 iyul 2021
73
Magistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Ali təhsilin magistratura səviyyəsinə boş qalan plan yerlərinin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsabiqə üçün 11135 plan yeri təqdim olunub. Bu plan yerlərindən 3812 yer dövlət sifarişlidir.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.
Beləliklə, 11135 plan yerindən 785 yer qalıb ki, onun da 46-sı dövlət sifarişli yerlərdir.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.
Daha çox xəbər:
DİM plan yerləri artırılan və azaldılan qrupları açıqlayıb
Gündəm / TəhsilDİM: Ali məktəblərə qəbulun şərtləri dəyişdirilməyəcək
TəhsilIV qrupda 500 və 600 bal toplayan abituriyentlərin sayı azalıb
TəhsilİMTAHAN NƏTİCƏLƏRİNİN ÇIXIŞ VAXTI AÇIQLANDI
TəhsilDİM-dən əvvəlki illərin məzunlarına müraciət
Təhsil