Təhsil
14 sentyabr 2020
50
IV qrupda 500 və 600 bal toplayan abituriyentlərin sayı azalıb
Milliinfo.az
“Bu il üçün IV qrup üzrə plan yerlərinin sayı 4 100 yer təşkil edir”.“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, keçən il bu rəqəm 3 710 olub: “Yəni bu il üçün 390 yer artım olub ki, bu da 10.5% təşkil edir. Bununla da keçən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşə bilər. Bu qrup üzrə 1 022 nəfər 500-550 bal nəticə göstərib və onların da hamısı qəbul ola bilərlər”.
M.Abbaszadə bildirib ki, 560 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansları yüksəkdir: “Keçən il 600-dən çox bal toplyanların sayı 378 idisə, bu il 356 nəfər belə nəticə əldə edib. 500-dən yuxarı bal toplayanların sayı keçən il 1 082 idisə, bu 1 022 olub”.

Daha çox xəbər:

DİM plan yerləri artırılan və azaldılan qrupları açıqlayıb
Gündəm / Təhsil
I-IV qrup üzrə statistik göstəricilər nə vaxt açıqlanacaq?
Təhsil
DİM: Ali məktəblərə qəbulun şərtləri dəyişdirilməyəcək
Təhsil
Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışdı
Təhsil
Qəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldı
Təhsil