Təhsil
08 sentyabr 2020
40
DİM: Ali məktəblərə qəbulun şərtləri dəyişdirilməyəcək
Milliinfo.az
"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqlamüəyyən edilir.XəzərXəbər xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil.
Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).
Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyitərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdimedilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldıldı.
Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və aşağıdakı cədvəldə göstərilən statistik rəqəmlər də bunu sübut edir. Burada 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunur.
Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir.
2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat
I QRUP
İl
İmtahan iştirakçılarının sayı
Müsabiqəyə buraxılanlar, %
Müsabiqəyə buraxılanlar, nəfər
2020
28242
58.9
16627
2019
27927
57.1
15943
II QRUP
İl
İmtahan iştirakçılarının sayı
Müsabiqəyə buraxılanlar, %
Müsabiqəyə buraxılanlar, nəfər
2020
13023
63.4
8256
2019
15992
64.8
10364
III QRUP
İl
İmtahan iştirakçılarının sayı
Müsabiqəyə buraxılanlar, %
Müsabiqəyə buraxılanlar, nəfər
2020
21410
84.3
18047
2019
21554
81.3
17530
IV QRUP
İl
İmtahan iştirakçılarının sayı
Müsabiqəyə buraxılanlar, %
Müsabiqəyə buraxılanlar, nəfər
2020
4787
82.4
3945
2019
5071
82.2
4169
Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrlar da iştirak edir. Beləliklə, hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı aşağıdakı cədvəldə təqdim olunub:
2020-ci ildə müsabiqə aparılacaq plan yerləri və müsabiqəyə buraxılanların sayı
Qrup
Plan
Müsabiqədə (ixtisas seçimində) iştirak edəcək
Abituriyent sayı
Subbakalavr sayı
I
14924
16627
5179
II
13800
8256
5240
III
12286
18047
2853
IV
4100
3945
1609
Qeyd olunub ki, imtahandan sonra müsabiqə şərtlərinin dəyişdirilməsi müsabiqə şərtlərini ödəyən digər abituriyentlərin hüquqlarına ziddir. Belə ki, bəzi abituriyentlər ikinci mərhələ üzrə müsabiqə şərtinin aşağı salınmasını xahiş edirlər. Belə olan halda, müsabiqənin ümumi bala əsasən aparıldığına görə, həmin abituriyentlər ilkin müsabiqə şərtlərini ödəmiş, yəni hər iki mərhələ üzrə lazımi nəticə göstərmiş, lakin ümumi balı güzəşt olunan abituriyentlərdən bir qədər az olan abituriyentlərə nisbətən üstünlük qazanırlar.
Beləliklə, qeyd olunanlara əsaslanaraq bildiririk ki, bu il əvvəlcədən müəyyən olunmuş müsabiqə şərtlərinin dəyişdirilməsi üçün heç bir hüquqi və elmi əsas yoxdur.
Daha çox xəbər:
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
TəhsilDİM plan yerləri artırılan və azaldılan qrupları açıqlayıb
Gündəm / TəhsilAli məktəblərə qəbul olunmaq üçün 12 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
TəhsilDİM-dən əvvəlki illərin məzunlarına müraciət
TəhsilQəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldı
Təhsil