Gündəm / Cəmiyyət
11 sentyabr 2023
0
Milli Məclis xarici ölkə parlamentlərinə müraciət ünvanladı
Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu bildirilir. Separatçı qondarma rejimin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa nəticəsi olduğu, bu rejimin mövcudluğunun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mümkün olduğu vurğulanır.
Bildirilir ki, 2020-ci ildə münaqişənin başa çatmasından sonra Azərbaycanın qətiyyətlə irəli sürdüyü sülh təşəbbüsü fonunda Ermənistanın son təxribatçı və təhrikedici fəaliyyəti bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya səylərinə ciddi zərbədir.
Qeyd olunur ki, qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil. Bundan başqa, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna mane olması ölkəmizin daxili işlərinə kobud müdaxilə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdiddir.
Müraciətin sonunda deputatlarımız həmkarlarını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə və qeyd olunan qondarma “seçki” adlandırılan qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıblar.
Daha çox xəbər:
XİN Fransanın rəsmi qurumlarını təxribatçılığa son qoymağa çağırıb
Gündəm / SiyasətMilli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI
Gündəm / CəmiyyətAzərbaycan Uruqvaya nota verdi
SiyasətMilli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / DünyaSahibə Qafarova Qazaxıstana getdi
Gündəm / Siyasət