Gündəm / Cəmiyyət
12 sentyabr 2023
0
Sərnişinlər narazılıq etdi - 07:50 qatarının hərəkəti bərpa olundu

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin sentyabrın 15-dən etibarən bərpasına qərar verib.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib.
Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.
Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.
Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.
Qeyd edək ki, Sumqayıt-Pirşağı-Bakı reysi üzrə qatarların cədvəlində edilən dəyişiklik sərnişinlərin narazılığına səbəb olmuşdu.

Daha çox xəbər:

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq
Gündəm / Sosial
Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər
Gündəm / Cəmiyyət
Türkiyəyə yola düşən yanğınsöndürənlərimiz - VİDEO
Gündəm / Cəmiyyət
Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys açılır
Gündəm / Cəmiyyət
Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olunub - Cədvəl
Gündəm / Cəmiyyət