Gündəm / Cəmiyyət
22 sentyabr 2021
27
Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər
Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir:
“Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”.
A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.

Daha çox xəbər:

İndiyə qədər ölkə üzrə 180 piyada keçidi istifadəyə verilib, 9 ərazidə iş gedir
İqtisadiyyat
Bakı küçələrinin birindəDiqqətli olun, bu yol bağlı olacaq
Cəmiyyət / Sosial
Zəngilan dəhlizinin planı hazırlanır
Gündəm / Cəmiyyət
Bakı polisi YPX əməkdaşları ilə bağlı araşdırma aparıb
Hadisə
Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert
Gündəm