Hadisə
01 avqust 2020
156
Bakı polisi YPX əməkdaşları ilə bağlı araşdırma aparıb
Milliinfo.az
"Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları tərəfimizdən araşdırılıb".Bunu "Report”un sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, R.Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən ona irad bildirilib: "Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb. Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddialar əsassızdır".
Qeyd edək ki, mediada yol polisinin "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilməsi barədə məlumatlar yayılıb.

Daha çox xəbər:

Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Gündəm
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
Hadisə
Bakı polisi sakinlərə ciddi səbəb olmadan evdən çıxmamağı tövsiyə edir
Cəmiyyət
Bu yollarda istiqamət dəyişdi
Sosial
Bakı küçələrinin birindəDiqqətli olun, bu yol bağlı olacaq
Cəmiyyət / Sosial