Gündəm / Cəmiyyət
15 sentyabr 2023
0
Nikahdan əvvəl daha 2 xəstəliyin tibbi müayinəsi aparılacaq
Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.
Bu, Nazirlər Kabinetinin ““2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.
Belə ki, İxtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.
Daha çox xəbər:
Tibbi fəaliyyətlə məşğul olan bu şəxslər cərimələnəcək
Gündəm / Cəmiyyət7698 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi
Sosial / SəhiyyəKoronavirusu ağır formada keçirən qan qrupu məlum olub
Cəmiyyət / SəhiyyəHərbi xidmətə çağırılanların tibbi müayinəsini bu nazirlik həyata keçirəcək - FƏRMAN
Gündəm / SiyasətTəhsil müəssisələrinə həkimlər təhkim olunacaq
Gündəm / Cəmiyyət