Gündəm / Cəmiyyət
15 sentyabr 2023
2

Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək

Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsü inşa olunacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni körpünün inşası ilə əlaqədar günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.

Xatırladaq ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.