Gündəm / Cəmiyyət
16 sentyabr 2023
0
Hərbi pilotlarımızın ustalıq sınağı: Gecə və gündüz təlimlərindən GÖRÜNTÜLƏR

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Daha çox xəbər:

Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO
Gündəm / Cəmiyyət
Döyüş təyyarələri ilə uçuşlar icra EDİLDİ
Gündəm / Cəmiyyət
Cənub bölgəsində keçirilən təlimdən yeni görüntülər - VİDEO
Gündəm / Video
“Anadolu Qartalı - 2023”dən növbəti - Video
Gündəm / Cəmiyyət
“Qardaş yumruğu” təlimindən gecə görüntüləri - VİDEO
Video