Gündəm / Siyasət
18 sentyabr 2023
3
"Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də..." - Əli Nağıyev
"Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcək".
Bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
"Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi. Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi Yerevanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm", - deyə Ə.Nağıyev bildirib.
Daha çox xəbər:
"İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetirilib" - Əli Nağıyev
Gündəm / Cəmiyyətİtkin düşmüş daha 10 nəfərin taleyi müəyyənləşdi, biri Milli Qəhrəman Riad Əhmədovdur
Gündəm / SiyasətPrezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verdi
Gündəm / SiyasətVətən müharibəsində itkin düşən 6 nəfərin axtarışı davam edir
Gündəm / Cəmiyyətİtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi
Gündəm / Cəmiyyət