Gündəm / Cəmiyyət
18 sentyabr 2023
2
Tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılıb - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.
İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.
Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.


Daha çox xəbər:

Yeni 10 manatlıqlar tədavülə buraxılır - Foto
Gündəm / Cəmiyyət
Yeni 20 manatlıq əskinaslar tədavülə buraxıldı
Gündəm / Cəmiyyət
Hansı pullar dövriyyədən çıxarılır? - Mərkəzi Bankdan AÇIQLAMA
Gündəm / İqtisadiyyat
Daha 500 manatlıq əskinas dövriyyəyə buraxılmayacaq - RƏSMİ
Gündəm / İqtisadiyyat
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş pul nişanları buraxıldı
Gündəm / Cəmiyyət