Gündəm / Dünya
18 sentyabr 2023
0
Rusiya Barens Avro-Arktik Şurasından ÇIXDI
Rusiya Barens Avro-Arktik Şurasından çıxdığını elan edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə təşkilata üzv olan digər ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.
Sənəd həmçinin Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə və Norveçdəki Beynəlxalq Barens Katibliyinə göndərilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda 2022-ci ilin martından şuranın fəaliyyətinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü bildirilir.
"Barens əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə "tərəfdaşlarımızın" üzərinə düşür", - deyə Xarici İşlər Nazirliyi vurğulayıb.
Daha çox xəbər:
Rusiya Xarici İşlər Nazirliyi “Taxıl sazişi”nin başa çatacağı tarixi açıqladı
DünyaCeyhun Bayramov Rusiyaya getdi
Gündəm / SiyasətLavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək
Gündəm / DünyaLavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
Gündəm / SiyasətRusiya XİN Paşinyana CAVAB VERDİ
Gündəm / Dünya