Gündəm / Cəmiyyət
20 sentyabr 2023
0
İlham Əliyev dünənki terrordan DANIŞDI
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Dünənki terror aktı bu sıradan olan hadisə idi.
Bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.
Daha çox xəbər:
Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
Gündəm / Dünyaİlham Əliyev: “Azərbaycan İkinci Qarabağ müharibəsində tam qələbə qazanıb”
Gündəm / Siyasət"Azad edilmiş ərazilərdə Ermənistan tərəfindən minalar basdırılır" - İlham Əliyev
Gündəm / SiyasətRəsmi Bakıdan ÇAĞIRIŞ
Gündəm / Siyasət"Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb" - Dövlət başçısı
Gündəm / Siyasət