Gündəm / Cəmiyyət
20 sentyabr 2023
0
"Sülhməramlılar 3,1 mindən çox ermənini Qarabağdan təxliyə edib"- Rusiya MN

Aktiv hərbi əməliyyatlar başlayandan bəri Dağlıq Qarabağda 3,1 mindən çox mülki şəxs təxliyə edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində məlumat verilib .
"Aktiv döyüş əməliyyatları başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd, və Əsgəran rayonlarından dinc əhalini təxliyə edib. Sülhməramlı kontingentə 3154 nəfər, o cümlədən 1428 uşaq təhvil verilib".
İdarədən qeyd olunub ki, bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Bundan əlavə, Rusiya xüsusi təyinatlılarının tibb bölməsinin hərbi həkimləri 16 mülki şəxsə yardım göstəriblər.

Daha çox xəbər:

Sülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib
Cəmiyyət
Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
Gündəm / Cəmiyyət
Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
Gündəm / Cəmiyyət / Səhiyyə
Rus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantıdır - Putin
Gündəm
"Azovstal"dan mindən çox əsir Rusiyaya göndərilib
Gündəm / Dünya