Gündəm / Cəmiyyət
13 sentyabr 2020
30
Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
MilliTV.az
Sabah Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.
Təxliyə olunanlar bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı müayinədən keçiblər. Testlərin cavabı sabah səhər açıqlanacaq.
COVID-19 aşkarlanmayan şəxslərə 48 saat qüvvədə olacaq arayış veriləcək. Onlar sabah səhər səfirliyin binası qarşısından xüsusi ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Səfirlikdən bildirilib ki, təxliyə siyahısında yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Azərbaycana qayıtmalı olan uşaqlar və onların yaxın ailə üzvləri çoxluq təşkil edir.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxsin təxliyəsi təmin edilib.

Daha çox xəbər:

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə olunacaq
Gündəm / Cəmiyyət / Səhiyyə
Polşadan Azərbaycana dönmək istəyənlər üçün – Xüsusi reys olacaq
Gündəm
Gürcüstan Azərbaycana ixracı 15%-dən çox azaldıb
İqtisadiyyat / Dünya
Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
Hadisə
Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub
Cəmiyyət