Hadisə
08 may 2019
82
Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi

Astarada yanğın qeydə alınıb.
beş.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
