Gündəm
14 may 2020
67

Polşadan Azərbaycana dönmək istəyənlər üçün – Xüsusi reys olacaq

Polşadan Azərbaycana dönmək istəyənlər üçün – Xüsusi reys olacaq


Milliinfo.az

Polşadan Azərbaycana dönmək istəyənlər üçün – Xüsusi reys olacaq



Səfirlik Azərbaycan-a dönmək istəyən vətəndaşlardan bu gün yerli vaxtla saat 12:00-a qədər özləri barədə məlumatları müvafiq email-ə göndərməyə xahiş edib.


Koronavirus pandemiyasının yayılması ilə bağlı Polşadan olan Azərbaycan vətəndaşları üçün xüsusi reys təşkil olunacaq. Bu barədə Azərbayanın Polşadakı səfirliyindən daxil olan məlumatda bildirilir.


Səfirlik Azərbaycana dönmək istəyən vətəndaşlardan bu gün yerli vaxtla saat 12:00-a qədər özləri barədə məlumatları müvafiq email-ə göndərməyə xahiş edib: "Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsi ilə ödənişli əsasda təxliyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər Səfirliyin [email protected] elektron ünvanına gönfərilməsi tələb olunur.
1) Pasportun surəti

2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti

4) Telefon nömrəsi

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti.

7) Polşaya gəlmə tarixi

8) Yerləşdiyiniz şəhər"

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu keçib, 297 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.