Gündəm / Dünya
21 sentyabr 2023
2
"İmzalanmış müvafiq sənədlərə görə tənqid olunuram" - Paşinyan
"Son zamanlar xarici və regional siyasət apararkən 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikası tərəfindən də imzalanmış müvafiq sənədlərə əsaslandığıma görə tez-tez tənqid olunuram".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının müstəqilliyinin 32-ci ildönümü münasibətilə müraciətində deyib.
Onun sözlərinə görə, çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır: "Problem ondadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir və burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqilliyinin siyasi və hüquqi əsasları qeyd olunur.
Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz bir mühit lazımdır. Sülh müstəqillik və suverenliklə bərabər təhlükəsizliyi təmin edən amildir.
Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil. Amma bundan da artıq bu şəraitdə sülhə dəyər verilməli, sülhü atəşkəslə qarışdırmaq olmaz".
Daha çox xəbər:
"Qüvvələrimizi bütün sərhəd xətti boyunca geri çəkməyə hazırıq" - Paşinyan
Gündəm / DünyaErmənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi - İlkin razılıq + Yenilənib
Gündəm / Siyasət"Sülhün bərqərar olması xalqımızın arzusudur" - Paşinyan
Gündəm / DünyaAzərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / DünyaBirgə bəyanatın tam mətni - Foto+Yenilənib
Gündəm / Siyasət