Gündəm / Cəmiyyət
21 sentyabr 2023
0
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə yenidən görüş keçiriləcək

Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

Daha çox xəbər:

Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
Gündəm / Siyasət
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş bitdi - VİDEO (YENİLƏNİB)
Gündəm / Siyasət
Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edəcək
Gündəm / Siyasət
Ermənilərin Yevlaxa gələn nümayəndələri KİMLƏRDİR? - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
Gündəm / Siyasət