Gündəm / İqtisadiyyat
03 oktyabr 2023
0
Azərbaycanda dövlət ehtiyatlarının saxlanılması və buraxılması qaydaları müəyyənləşdirilib
Azərbaycanda dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması və buraxılması qaydaları müəyyənləşdirilib.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Sənədə əsasən, strateji ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində dövlət ehtiyatları üzrə məsul orqan həyata keçirir.
Fövqəladə ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində Azərbaycanın mülki müdafiə sahəsində normativ-hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər, səfərbərlik ehtiyatları üçün malların tədarükünü isə sifarişçi qismində Azərbaycanın səfərbərlik hazırlığı sahəsində normativ-hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət qurumları və hüquqi şəxslər həyata keçirirlər.
Dövlət ehtiyatları üçün malların tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Dövlət ehtiyatlarına aid olan mallar daşıyıcı olan dövlətə məxsus hüquqi şəxslər tərəfindən, fövqəladə hadisələr və səfərbərlik zamanı isə həmin daşıyıcılarla yanaşı, digər daşıyıcılar tərəfindən növbədənkənar daşınır.
Dövlət ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdırlar.
Qanun layihəsinə görə, ölkədə strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır. Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Mülki Məcəllənin tələblərinə riayət edilməklə 12 ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir. Fövqəladə və səfərbərlik ehtiyatları bu Qanunla nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır. Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən “Dövlət sirri haqqında” qanun ilə müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir. Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.
Dövlət ehtiyatlarına aid olan malların buraxılması malların yeniləşdirilməsi; malların brondan çıxarılması; malların borc verilməsi; malların əvəzləşdirilməsi və bu qanunda nəzərdə tutulmuş digər əsaslar əsasında həyata keçirilir.
Bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə dövlət ehtiyatlarının buraxılması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada həyata keçirilir.
Strateji ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi dövlət ehtiyatları üzrə məsul orqanın qərarı əsasında həyata keçirilir. Fövqəladə və səfərbərlik ehtiyatlarının yeniləşdirilməsi və əvəzləşdirilməsi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı fövqəladə ehtiyatlar istisna olmaqla) dövlət ehtiyatları üzrə məsul orqana və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməklə məsul saxlayıcılar tərəfindən həyata keçirilir. Dövlət ehtiyatları üzrə məsul orqan saxladığı fövqəladə ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməklə özü həyata keçirir.
Dövlət ehtiyatları üzrə məsul orqanla bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmadıqda, məsul saxlayıcılar saxladıqları strateji ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini haqqı ödənilməklə həyata keçirirlər.
Dövlət ehtiyatlarının borc verilməsi dövlət qurumlarının dövlət ehtiyatları üzrə məsul orqana müraciəti əsasında həyata keçirilir. Dövlət ehtiyatlarının borc verilməsinə dair qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmaqla dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən qəbul edilir.
Borc götürülən malın həcmi həmin malın dövlət ehtiyatındakı ümumi həcminin 30 %-indən, borc müddəti isə 12 aydan çox ola bilməz.
Strateji ehtiyatların brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Fövqəladə və səfərbərlik ehtiyatlarının brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Dövlət qurumları və hüquqi şəxslər dövlət ehtiyatları üzrə məsul orqana brondan çıxarılan mallar barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 ay müddətində təqdim etməlidirlər.
Brondan çıxarılan mallar yeniləşdirilə və dəyişdirilə bilməz.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
Bu qanunda göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması dövlət ehtiyatları üzrə məsul orqanın rəyi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı dövlət ehtiyatlarına aid olan mallar istisna olmaqla) nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı ilə həyata keçirilir. Bu məqsədlə dövlət ehtiyatlarına aid olan malları buraxan məsul saxlayıcılar dövlət ehtiyatları üzrə məsul orqana bu barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 ay müddətində təqdim etməlidirlər.
Daha çox xəbər:
Dövlət ərzaq ehtiyatları müəyyənləşir
Gündəm / İqtisadiyyatBu dövlət rüsumları ləğv edilir
Gündəm / Cəmiyyət“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
Gündəm / SiyasətMalların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirilir
Gündəm / İqtisadiyyatPrezident FƏRMAN imzaladı
Gündəm / Siyasət