Gündəm / Cəmiyyət
04 oktyabr 2023
0
Ankaradakı terroru törədənlərin kimliyi açıqlandı
Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada qurumun binası yaxınlığında terror aktı törədən ikinci şəxsin də kimliyini müəyyən edib.
Milliinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs PKK terror təşkilatının üzvü Özkan Şahindir.
Daha əvvəl yayılan məlumatda insidentdə iştirak edən digər şəxsin PKK üzvü Hasan Oğuz olduğu bildirilib.
Nazirlik, həmçinin aparılan araşdırmanın və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 1-i Türkiyə DİN-in Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.
Daha çox xəbər:
Terrorçunun yerinə səs vermək istədi, saxlanıldı
Gündəm / DünyaTürkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib
DünyaTerror törədən qadının evindən görün nələr çıxdı - VİDEO
Gündəm / Hadisəİraqın şimalında və Türkiyədə 12 terrorçu zərəsizləşdirilib
DünyaTürkiyədə təslim olan PKK terrorçularının sayı 100-ə çatdı
Dünya