Gündəm / Cəmiyyət
10 oktyabr 2023
0

Baş Prokurorluq 50 vakant ştat vahidi üzrə növbəti müsabiqə keçirir

Baş Prokurorluq 50 vakant ştat vahidi üzrə növbəti müsabiqə keçirir

"Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə keçirilir".

Bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhəsləsinin, yəni test mərhələsinin keçirilir: "Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, müsabiqə nəticəsində yüksən nəzəri biliyə, yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar".