Gündəm / Siyasət
11 oktyabr 2023
3
Prezident MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Daha çox xəbər:

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Ermənistanda səfərdədir
Gündəm / Siyasət / Dünya
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanıldı
Gündəm / Dünya
"İran xüsusi xidmət orqanları aktiv kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir" - DTX
Gündəm / Cəmiyyət
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirildi - YENİLƏNİB
Gündəm / Dünya
İlham Əliyev Patruşevi qəbul etdi
Gündəm / Siyasət