Gündəm / Cəmiyyət
16 oktyabr 2023
2

Bu şəkli ilə gündəm olan məmur işdən ÇIXARILDI


Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb.

Milliinfo.az "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, A. İmanov antiterror əməliyyatından sonra “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması ilə diqqət çəkmişdi.