Gündəm / Cəmiyyət
16 oktyabr 2023
1
Əliyev Füzulidə ikinci yaşayış kompleksinin təməlini qoydu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verilib.
Bildirilib ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.
Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksək sürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
Daha çox xəbər:
Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyuldu
Gündəm / CəmiyyətQubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub - FOTO
Gündəm / SiyasətPrezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu - FOTOLAR
Gündəm / SiyasətSuqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu
Gündəm / SiyasətŞuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyuldu - FOTO
Gündəm / Siyasət