Gündəm / İdman
17 oktyabr 2023
2
FIFA prezidenti başsağlığı verdi
FIFA prezidenti Canni İnfantino ötən gün Belçikanın paytaxtı Brüsseldə güllələnərək öldürülən iki isveçli azarkeşin yaxınlarına başsağlığı verib.
Funksioner bu barədə sosial şəbəkədə hesabında paylaşım edib.
O, Belçika və İsveç xalqına, həmin ölkələrin yığmalarına və futbol assosiasiyalarına dəstəyini ifadə edib: “AVRO-2024-ün seçmə mərhələsində Belçika millisinin İsveçi qəbul etdiyi stadionun yaxınlığında qonaq komandanın iki azarkeşinin faciəvi şəkildə həlak olması məni dərindən sarsıtdı və kədərləndirdi. FIFA və futbol ictimaiyyəti adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Dualarımız Belçika və İsveç xalqı ilədir”.
Qeyd edək ki, azarkeşlərin ölümünə görə Belçika - İsveç matçı (1:1) yarımçıq dayandırılıb.
Daha çox xəbər: