Gündəm / Hadisə
19 oktyabr 2023
0
Şəhid xanımı vəfat etdi

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhid xanımının xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, şəhid Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. İki övladı vətənə əmanət qalıb.


Daha çox xəbər:

Şəhid anası məktəb direktoru təyin edildi
Gündəm / Cəmiyyət
Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTO
Gündəm / Cəmiyyət
Müşfiq Bəkdiyevin göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu
Gündəm
Vətən müharibəsinə mayor kimi qatılmışdı, qəfil vəfat etdi
Gündəm / Cəmiyyət
Şəhid gizirimizlə vida mərasimi keçirilir - FOTO
Gündəm / Cəmiyyət