Gündəm / Cəmiyyət
20 oktyabr 2023
0
Azərbaycan Pakistanda keçirilən hərbi təlimdə iştirak edir
Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu, Silahlı Qüvvələrin Quru Qoşunlarının komandanı ordu generalı Asim Munir ölkədə keçirilən beynəlxalq hava təlimini izləmək Hərbi Hava Qüvvələrinin əməliyyat aviabazasında olub, HHQ-nin təlimini izləyib.
Milliinfo.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Təlimdə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Misir, Oman, Bəhreyn, İndoneziya, Mərakeş, Özbəkistan, Çin və Macarıstan da daxil olmaqla 14 ölkənin hərbi hava qüvvələrinin yüksək rütbəli zabitləri iştirak edir.
Təlim zamanı xarici dövlətlərin rəsmi şəxsləri ilə görüş olub.
Tədbirdə çıxış edən Hərbi Hava Qüvvələrinin rəisi general Asim Münir HHQ-nin modernləşdirilməsi istiqamətində göstərdiyi maksimum dəstəyi yüksək qiymətləndirib və hərbi əməkdaşlığa yol açan təlimdə 14 müttəfiq ölkənin iştirakını yüksək qiymətləndirib.
Qeyd edilir ki, təlim Pakistan Hərbi Hava Qüvvələrinin regional təhlükəsizliyin möhkəmləndirilməsinə və müttəfiq ölkələr arasında əməkdaşlığın təşviqinə sarsılmaz sadiqliyinin əyani sübutudur. Təlim əməliyyat imkanlarını artırmaq, qarşılıqlı anlaşmanı təşviq etmək və ümumi sülh və sabitlik məqsədlərinə nail olmaq üçün platforma rolunu oynayır, Pakistan Hərbi Hava Qüvvələrinin innovativ və inqilabi texnologiyalar vasitəsilə səmasını təhlükəsiz saxlamaq öhdəliyini nümayiş etdirir.
Təlim iştirakçı ölkələrin hərbi hava qüvvələrinə misilsiz bacarıq və əməliyyat imkanlarını vahid platformada tətbiq etmək üçün unikal imkan yaradır.
Daha çox xəbər:
Hərbçilərimiz Türkiyədə təlimdə iştirak edirlər
Gündəm / CəmiyyətTürkiyədə ordu rəhbərliyində dəyişikliklər olub - YENİLƏNİB
Gündəm / DünyaHərbi pilotlarımızın ustalıq sınağı: Gecə və gündüz təlimlərindən GÖRÜNTÜLƏR
Gündəm / CəmiyyətAzərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir
Gündəm / SiyasətTürkiyəli general XTQ-nin təlimini izlədi
Gündəm / Cəmiyyət