Gündəm / Cəmiyyət
20 oktyabr 2023
1
Qələbə üçün hər şeyi edəcəyik - NETANYAHU
İsrailin baş naziri Benyamin Netanyahu cəbhə xəttinə səfər edib.
Milliinfo.az “The Times of Israel”ə istinadən xəbər verir ki, o, Qəzza zolağı ilə sərhəddə elit Qolani piyada briqadasının əsgərləri ilə görüşüb.
Netanyahu İsrailin düşmənlərinə güclü zərbə vuracağını deyib: “Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bütün İsrail sizi dəstəkləyir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbə vurmağa hazırlaşırıq”.
Netanyahunun səfərindən sonra IDF ölkənin şimalındakı Kiryat Şmona şəhərinin sakinlərinin təxliyə edildiyini açıqlayıb. İsrail ordusunun sözçüsü Riçard Hext bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatına başlamaq əmri qısa zamanda veriləcək.
"Bloomberg" mənbələrinin məlumatına görə, İsrailin Qəzzada quru əməliyyatı planına ABŞ-ın təsiri olub.
Qeyd edək ki, İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. İsrail 1.4 min, Fələstin isə qurbanların sayını 3.7 min olaraq təxmin edir.
Daha çox xəbər:
İsrail ordusu Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib
Gündəm / Dünyaİsraildə milli birlik hökuməti quruldu
Dünyaİsrail İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq
Gündəm / Dünyaİsrailin Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Hər şey əladır!
Gündəm / Siyasətİsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / Dünya