Gündəm / Cəmiyyət
21 oktyabr 2023
0
Misir Rəfah keçid məntəqəsini yenidən bağladı - YENİLƏNİB
Misirlə Qəzza sərhədində yerləşən Rəfah keçid məntəqəsi açıldıqdan az sonra yenidən bağlanıb.
Millitv.az CNN-ə istinadən xəbər verir ki, bu barədə keçid məntəqəsindən humanitar yardımla yüklənmiş sadəcə 20 yük maşını keçə bilib.
"Tibbi ləvazimat və ərzaq daşıyan 20 yük maşını Rəfah keçid məntəqəsindən keçərək Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil verilib", - Misir Qızıl Aypara Cəmiyyətinin Sinaydakı direktoru Xalid Zeid bildirib.
***12:00
Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsi humanitar yardımın çatdırılması üçün açılıb.
Açılışdan dərhal sonra sakinlər üçün humanitar yardım daşıyan ilk yük maşınları Qəzza zolağına daxil olub.
Qeyd olunub ki, sərhəddə 200-ə yaxın yük maşını yığılıb.
Daha çox xəbər:
Bakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Gündəm / CəmiyyətRusiya Xankəndiyə humanitar yardım göndərir - Ağdamdan keçəcək!
Gündəm / DünyaAzərbaycan-Gürcüstan sərhədində nə baş verir? - Video
Gündəm / CəmiyyətBaş nazir ukraynalılara yardım aparan yük maşınını özü sürdü - FOTO
Gündəm / CəmiyyətAğdamdan Xankəndiyə daha bir yük maşını göndərildi
Gündəm / Cəmiyyət