Gündəm / Dünya
23 oktyabr 2023
1
İsrailin Qəzzadakı quru əməliyyatı 3 ay davam edə bilər
İsrail ordusunun Qəzza zolağında planlaşdırdığı quru əməliyyatı 3 aya qədər davam edə bilər.
Bu barədə məlumatı İsrailin müdafiə naziri Yoav Qalant açıqlayıb.
Onun sözlərinə görə, İsrail HƏMAS-ı aradan qaldırsa, bu, sonuncu əməliyyat olacaq: “Düşmən zirehli texnika və piyadalarımızla qarşılaşmazdan əvvəl, hərbi-hava qüvvələrimizin bombalarını görəcək”.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Oktyabrın 19-u isə Yoav Qalant İsrail qüvvələrinin tezliklə Qəzza zolağına girə biləcəyini bildirib.(“The Times)
Daha çox xəbər:
İsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / DünyaHƏMAS-ın hücumu nəticəsində bu qədər amerikalı öldü
Gündəm / Cəmiyyətİsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirdi
DünyaHƏMAS bunun əvəzini ağır ödəyəcək - İsrail
Gündəm / Dünyaİsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar
Gündəm / Cəmiyyət