Gündəm / Cəmiyyət
24 oktyabr 2023
1
Xankəndiyə köç xəbəri ilə bağlı “Qaçqınkom”dan - Açıqlama
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır.
Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Daha çox xəbər:
Füzuliyə daha 88 nəfər köçürülür
Gündəm / Cəmiyyət“Çörəkpulu” dayandırılacaq? - Rəsmi açıqlama
Gündəm / CəmiyyətNeftçalada nə baş verib? - Açıqlama
Gündəm / CəmiyyətDaha 10 ailə Ağalıya köçürüldü
CəmiyyətDövlət Komitəsi məcburi köçkünlərlə bağlı məlumatlara aydınlıq gətirdi
Gündəm / Cəmiyyət / Sosial