Gündəm / Dünya
28 oktyabr 2023
0
İranın əxlaq polisinin qurbanı olan daha bir gənc - FOTO
Oktyabrın əvvəlində İranda məcburi hicab qaydalarına əməl etmədiyinə görə Əxlaq polisi tərəfindən döyülən gənc qadın vəfat edib.
Armita Gəravənd 28 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Məlumatı İranın dövlət agentliyi olan IRNA da təsdiq edib. Bu həftənin əvvəlində 16 yaşlı gəncin beyin ölümünün baş verdiyinə dair xəbərlər yayılıb.
Şahidlərin sözlərinə görə, İran metrosunda qadın polis Armita Gəravəndlə mübahisə edib və bu zaman yıxılaraq huşunu itirib. “Amnesty International” gəncin Əxlaq polisinin hücumuna məruz qaldıqdan sonra komaya düşdüyünü qeyd edir.
Yerli rəsmilər isə onun təzyiqinin aşağı düşməsi ilə huşunu itirdiyini iddia edir.
Daha çox xəbər:
İrandakı etirazlar 5 sualda - İNCƏLƏMƏ...
Gündəm / Dünyaİranın repressiv qüvvələri daha bir gəncin həyatına işgəncələrlə son qoydu - FOTO
Gündəm / Cəmiyyət7 yaşlı qız başından güllələndi
Dünyaİran xalqını ayağa qaldıran ölüm... - Etirazlar davam edir+Video
Gündəm / DünyaBakıda oruc tutan gəncin başına iş gəldi - VİDEO
Hadisə