Gündəm / Cəmiyyət
26 fevral 2025
1
Dövlət saytlarına kütləvi hücumlar edilir - RƏSMİ

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
"Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur", - məlumatda bildirilib.

Daha çox xəbər:

Bəzi saytlara hücumlar olunub - RƏSMİ
Gündəm / Cəmiyyət
Xankəndi və Qarabağda xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başladı
Cəmiyyət / Gündəm
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə daha bir səlahiyyət verilib
Gündəm / Cəmiyyət
Dövlət informasiya ehtiyatlarında nöqsanlar AŞKARLANDI
Cəmiyyət / Gündəm
Bu dövlət xidmətinə yeni səlahiyyət verildi
Gündəm / Cəmiyyət